525.Az

95 milyon illik balıq fosili tapılıb 


 

95 milyon illik balıq fosili tapılıb <b style="color:red"></b>

Meksikada 95 milyon il əvvələ aid olduğu təxmin edilən yeni bir balıq növünün fosili  tapılıb. Balıqların Amerikada dinozavrlarla eyni vaxtda yaşadığı təxmin edilir.

525.az xəbər verir ki, ölkənin cənub-şərqindəki Chiapas əyalətindəki bir daş ocağında tapılan fosillərin amerikan mənşəli bir balıq növü olduğunu düşünülür. Mütəxəssislər  "Choichix alvaradoi" adını verdikləri bu növün dünya üçün yeni bir cins olduğuna diqqət çəkiblər. 

“Əvvəllər balıqların Avropadan gəldiyi və Amerikanın bu bölgəsinə köç etdiyi düşünülürdü. Ancaq indi ən qədim və ibtidai balıqların bu bölgədə də olduğunu görürük", deyə elm adamları fikir bildiriblər.

Firuzə Əliyeva

 





16.07.2021    çap et  çap et