525.Az

Kamal Alışoğlunun şeirləri


 

Kamal Alışoğlunun <b style="color:red">şeirləri</b>

 

Yaman güvənirsən, özünə yaman,

Elə bil səhrada bağ yaratmısan.

Kiçik təpələri yığıb üst-üstə,

Zirvəsi görünməz dağ yaratmısan.

 

Mən elə, mən belə, deyirsən müdam,

Hamıya baxırsan borcu var kimi.

Dəyişir xislətin gündə yüz dəfə,

Mən qışı demirəm, ilk bahar kimi.

 

Hərdən hiddətlənib coşa gəlirsən,

Özünnən güclüyə yarınmaq üçün.

Hərdən , it kimi zingildəyirsən,

Yanınnan, yörənnən qorunmaq üçün.

 

Əlinnən gəlib pislikdən qeyri

Hamıya, həmişə ay quyu qazan.

Səni tanıyırlar, nadanın biri,

Səni tanıyırlar, yolunu azan.

 

İçini şübhələr dağıdır, didir,

Üfürə-üfürə içirsən suyu.

Sən kimsən, nəçisən, mənə bəllidir,

Mən kiməm, bilməzsən ömürün boyu.

Gecikmişəm

 

Həmişə gecikdim, bu dünyada mən,

Keçmək istədiyim yollar bağlanıb.

Məni əzizləyib bağrına basan,

Qarşıma açılan qollar bağlanıb.

 

Dəj olan varsa adını çəkin!

Ki, ona toxunub əl dəyilməsin,

O bülbül hardadı, təkcə mən onun

Eşidəm nəğməsin, duyam nəğməsin.

 

Hər şey öyrənildi, gizli qalıb,

Hamıya bəllidi daha sirrimiz

Dünyaya bəllidi, nədi, necədi,

Qanadlı, qanadsız raketlərimiz.

 

Əzəldən belədi, sən işə bax bir,

Gecikən dayanır, gendən boylanır.

Qabağa çıxırsan burnun əzilir,

Arxada qalırsan, dabanın yanır.

 

Tez gələn hər şeyin dəjinə çatdı,

Axıra qalır, gecikən deyər.

Mən nədən inciyim belə həyatdı,

Məsəl var, "gec gələn kisədən yeyər".

 

Nədə gecikmədim sayımmı bir-bir,

Taleyin yazdığı hesaba gəlməz.

Vallah aşkarada hər şey gözəldir,

Amma qarışıqda heç bilinməz.

 

Kimə üz tutdumsa, bir söz eşitdim,

Hər şey öz yerində, halaldı, əhsən!

Amma ki, əzizim, bilirsən var,

Bir az tez gəlsəydin... çox gecikmisən.

 

Üz tutdun dağlara, tufan çən oldu,

Dedim dada çatar axan bulaqlar.

Gördün göz yaşı tək dupduru suyu,

Məndən əvvəlkilər bulandırıblar.

 

Qışqırdım, səsimə səs verdi dünya,

- Niyə çığırırsan, dəlisən, nəsən.

Nəyi bilməliydim, göstərdi dünya,

İncimə söylədi: bax, gecikmisən.

 

Əzab ver mənə

 

Hərdən unuduram ağrılarımı -

Verdiyin əzabın yanında heç .

Mənə təsəllidir bu əzabların,

Əzab ver, əzab ver, əzab ver mənə!

 

Məcnunun sevgisi axı nədir ki,

Onnan əzablıdır indi mənimki,

Məni odlayırsa ürəyimdəki

Əzab ver mənə.

 

Bilirsən dözürəm, özünü gizlət,

Mən səni sevirəm, sözünü gizlət.

Aramızda olan dözümü gizlət,

Əzab ver mənə.

 

Mən yer üzündəyəm, sənsə göylərdə,

Bizim aramızda bir qara pərdə.

Hələ ki, dözürəm bu ulu dərdə,

Əzab ver mənə.

 

Dilimnən düşməyən alxışım mənim,

Qəlbimdə həkk olan naxışım mənim.

Hərdən , nifrətim, qarğışım mənim,

Əzab ver mənə.

 

İçimdə sızlayan bir zərif neyəm,

Təpədən dırnağa sözəm, gileyəm.

Dərdimlə həzz alan bir Promoteyəm

Əzab ver mənə.

 

Qalıbdı içimdə hayım, harayım,

Dağılır günbəgün könül sarayım.

Əlac ona qalıb günləri sayım,

Əzab ver mənə.

 

Nələr çəkdiklərim bəllidir sənə,

Belə zülm eləməz düşmən düşmənə.

Eh! Ümid qalıbsa biz görüşənə,

Əzab ver, əzab ver, əzab ver mənə!

 

            Bal dadı,

            Dərdə dərman baldadı.

            Öpdüm gül yanağından,

            Dodağımda bal dadı.

 

Günahkar

 

Yoxdu bu dünyada günahsız insanr,

Hər kəsin içində bir günahı var.

Gülüm, aramızda günah axtarsan,

mən günahkaram, sən günahkar.

 

Şeytan qılığıdır hər əməlimiz,

Onun hiyləsilə satıldı Cənnət.

O vaxtdan yox oldu hər şeydən əziz,

Uca bildiyimiz sevgi, məhəbbət.

 

Günahı olan da "günahsız" oldu,

Hanı bu dünyada günahsmız, hanı?!

Günahkar olanlar satın aldılar,

Tutdular yer üzün, bütün dünyanı.

 

Bizim qəlbimizin şöləsi təmiz.

Onun işığında min parıltı var.

Söndürmək istəsək biz onu şəksiz -

Mən günahkaram, sən günahkar.

 

Günahsız var olan hər an bizimlə,

Bəlkə da, onun da, bir günahı var?!

Onun qarşısında öz sevgimizlə,

mən günahkaram, sən günahkar.

27.04.2012

 

deyim

 

Qəfil gəldi, yuxu idi, idi.

Pıçıldadı, qulağıma dedi?

Bəlkə elə yaşayacaq əbədi.

Bu sevgiyə, bu sevgiyə deyim?!

İmtahana çəkdi məni - inandım,

Taleyimi daşa çırpdım - sınandım,

Ovxalandı quş ümidim - qanadım,

Bu sevgiyə, bu sevgiyə deyim?!

 

Hardan düşdü ürəyimə cücərdi?!

İlk gülünü, çiçəyini kim dərdi?!

Gördüm elə qəhqəhəli qəhərdi.

Bu sevgiyə, bu sevgiyə deyim?!

 

Mənnən özgə ağrısını kim bildi?!

Gülüm, sənə açmadığım nisgildi.

Yaşayıram, ürəyimdə inilti.

Bu sevgiyə, bu sevgiyə deyim?!

 

Həsrət

 

Bilirsən, tək tənha yaşamaq çətin.

Mən sənə həsrətəm, sən mənə həsrət.

Adına deyək bu məhəbbətin,

Mən sənə həsrətəm, sən mənə həsrət.

 

Bu necə sevgidir, ayırır bizi?!

Biz görə bilmirik bir-birimizi,

Boğub içimizdə öz eşqimizi,

Mən sənə həsrətəm, sən mənə həsrət.

 

Qalmışıq çətində, boranda, qarda.

Bizdən üz döndərir bahar da, yay da.

Bu necə talehdir yuxularda da,

Mən sənə həsrətəm, sən mənə həsrət.

 

Əlimi qoyuram əlimin üstə,

Baxıram dünyaya qulağım səsdə.

Dünya dediyimiz bu gen qəfəsdə

Mən sənə həsrətəm, sən mənə həsrət.

 

Birimiz günəşik, birimiz ayıq,

Birimiz sahilik, birimiz qayıq.

Birimiz dənizik, birimiz çayıq,

Mən sənə həsrətəm, sən mənə həsrət.

lll

 

Vətəndən vətənə gedə bilmirəm,

Əzablar içində hər ilim, ayım

Dağılmış, talanmış Qarabağam mən

İçimdə qalıbdı hayım, harayım.

 

Başımda yurd salıb bu çaxnaşmalar,

Ölüm kabusu tək fırlanır meydan.

Bəlkə bunun üçün öz taleyimə, -

Mən özüm-özümə bu qədər yadam.

 

qədər olarmış saxtalıq, yalan,

Aldadan da mənəm, aldanan da mən,

Qənim kəsilmişəm öz varlığıma,

Özümə düşmənəm, özümə düşmən.

 

Dünyaya gələnnən həmişə təkəm,

Olmayıb simsarım, arxa duranım.

Məni öz əlimlə güllələyiblər,

Axıb yer üzünə tökülüb qanım.

 

Bir zaman adını dost bildiklərim,

Mənə düşmən oldu, qanımı içdi.

Qardaş, qardaş deyib güvəndiklərim,

Məni tapdalayıb üstümdən keçdi.

 

Əzdilər, sıxdılar, şirəm qalmadı,

Qanım şərbət oldu qızıl camlarda.

Mənə hücum çəkdi quduz köpəklər,

Hara üz tutdumsa, yaşadım harda.

 

Batmışam içimin söz ümmanında,

Qışqırram, kimsəyə çatmır harayım.

Dağılmış, talanmış Qarabağam mən,

Viranə qalıbdı könül sarayım

 





10.04.2014    çap et  çap et