525.Az

Ermənistanda əsgər əsgəri güllələyib


 

Ermənistanda əsgər əsgəri güllələyib<b style="color:red"></b>

Ermənistan ordusunun hərbçisi ölüb.

525a.z-ın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-sı axşam saatlarında N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Artur Kazaryan əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində ölümcül yara alıb və həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 





17.07.2021    çap et  çap et