525.Az

İlin ilk yarısında ölkədə baş verən zəlzələlərin sayı açıqlanıb


 

İlin ilk yarısında ölkədə baş verən zəlzələlərin sayı açıqlanıb<b style="color:red"></b>

2021-ci ilin 6 ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələnin tədqiqatı bürosu” tərəfindən 6404 təkan qeydə alınıb.

525.az-ın məlumatına görə, bu, Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb. Qeyd olunub ki, onlardan 2413-ü yerli, 1492-si regional, 1350-si isə uzaq zəlzələlər olub.

Bununla yanaşı, tək stansiya tərəfindən zəif 4000 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 palçıq vulkanı qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıtda hiss olunub.

 

 





17.07.2021    çap et  çap et