525.Az

Eyfel Qülləsi 9 aydan sonra yenidən açıldı


 

Eyfel Qülləsi 9 aydan sonra yenidən açıldı <b style="color:red"></b>

Fransada koronavirus epidemiyası səbəbindən bağlanan Eyfel qülləsi 9 ay sonra yenidən açılıb.

525.az xəbər verir ki, Fransada ən çox turist cəlb edən simvollardan biri olan Eyfel koronavirus epidemiyası səbəbilə görülən tədbirlər çərçivəsində ziyarətçilər üçün bağlanmışdı. Qala 9 aylıq fasilədən sonra ziyarətçilərə yenidən açılıb.

Qülləyə çıxmaq istəyən turistlər açılan kassalar qarşısında uzun növbələr yaradıblar. Bununla bağlı qüllənin tvitter səhifəsində paylaşım edilib. 

https://twitter.com/LaTourEiffel/status/1415992377832005633

Firuzə Əliyeva
 

 





17.07.2021    çap et  çap et