525.Az

Tokioda Yay Olimpiya oyunlarını 16 min jurnalist işıqlandıracaq


 

Tokioda Yay Olimpiya oyunlarını 16 min jurnalist işıqlandıracaq<b style="color:red"></b>

Gələn həftə start götürəcək Tokio-2020 Yay Olimpiya oyunlarını 200 ölkədən 16 minə yaxın jurnalist işıqlandıracaq.

525.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya mətbuatı bildirib.

Qeyd olunur ki, tədbirdə iştirak edəcək jurnalistlərin 70-80 faizinin peyvənd olunması gözlənilir.

Karantin qaydalarına əsasən, Yaponiyaya gələn xarici jurnalistlər 14 gün müddətində ictimai nəqliyyatdan istifadə etməməlidir.

Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya oyunları koronavirus pandemiyasına görə bu ilə təxirə salınmışdı. Yarışlar iyulun 23-dən avqustun 8-dək tamaşaçısız keçiriləcək.

 





17.07.2021    çap et  çap et