525.Az

Baydendən sosial şəbəkələrə sərt reaksiya


 

Baydendən sosial şəbəkələrə sərt reaksiya<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden sosial media platformalarını tənqid edib və onların COVID-19 vaksinlərinə qarşı yalan məlumatlar yayaraq "insanları öldürdüyünü" bildirib.
 
525.az xəbər verir ki, ABŞ Prezidenti bu gün Ağ Evdə keçirdiyi mətbuat konfransında sosial media platformalarını tənqid edib.
Buna səbəb ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Dr. Roşel Valenskinin son günlərdə ABŞ-də koronavirusa yoluxanların çoxunun peyvənd edilməyən insanlar olduğunu bildirməsi olub. "ABŞ-də COVID-19 epidemiyası vaksinasiya olunmayanların epidemiyasına çevrilir", deyə o əlavə edib. Psaki Ağ Evin sosial platformalardan zərərli məzmunlu dezinformasiyalara qarşı daha sərt mövqe tutmalarını tələb etməsini istəyib.

Sosial media platformaları, xüsusən  “Facebook” səlahiyyətliləri Baydenə cavab verib. 3 milyondan çox istifadəçinin vaksinasiya yerləri tapmaq üçün platformanın "peyvənd tap" xidmətindən istifadə etdiyi qeyd edilib.
Sözçü Baydenin açıqlamalarının əksinə olaraq, sosial şəbəkənin "insanları xilas etməyə kömək etdiyi” fikrini müdafiə edib.

Firuzə Əliyeva

 





17.07.2021    çap et  çap et