525.Az

“Senatın Komitəsində qəbul olunan qərarın heç bir mənası yoxdur”


 

“Senatın Komitəsində qəbul olunan qərarın heç bir mənası yoxdur”<b style="color:red"></b> Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ABŞ Senatının Xarici əlaqələr komitəsinin uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. APA-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, bu qərarın heç bir mənası yoxdur.
 
Səfir bildirib ki, bu məsələyə siyasi qiymət vermək doğru deyil: “Bu, tarixçilərin işidir, tarixi bu şəkildə dəyişmək, saxtalaşdırmaq olmaz. Bu qərarın heç bir anlamı yoxdur”.
 
Türkiyə XİN-in atacağı addımlara gəlincə, diplomat bu haqda konkret fikir söyləməyib: “Hər hansı addım atılanda bunu görəcəksiniz”.
 





11.04.2014    çap et  çap et