525.Az

Bakı Şəhər Baş Polis İdarəsi tanınmış prodüserin qarət olunması ilə bağı məlumat yayıb


 

Bakı Şəhər Baş Polis İdarəsi tanınmış prodüserin qarət olunması ilə bağı məlumat yayıb<b style="color:red"></b>

Bakı Şəhər Baş Polis İdarəsi prodüserin qarət olunması faktı ilə bağı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, aprelin 10-da naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.
 
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.
 
Qeyd edək ki, S. Məmmədova bir neçə tanınmış müğənninin prodüseri olub.

 





11.04.2014    çap et  çap et