525.Az

Qərib Mehdinin 85 illik yubileyi ilə bağlı tədbir keçirilib


 

YUBİLYAR AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN FƏXRİ DİPLOMU İLƏ TƏLTİF OLUNUB

Qərib Mehdinin 85 illik yubileyi ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə  iyulun 14-də qocaman yazıçı Qərib Mehdinin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə yubilyar AYB-nin Fəxri diplomu ilə təltif olunub. AYB-in sədri, Xalq yazıçısı Anarın imzaladığı Fəxri diplomu Qərib Mehdiyə Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə təqdim edib.

Yığıncaqda iştirak edən şair və yazıçılardan İnqilab İsaq, Anar Bürcəliyev, teatrşünas Aləmzər Əlizadə, Ünbülbanu Hacıyeva, Firəngiz İsmayılova, Ramiz Təmkin və başqaları yubilyarla bağlı ürək sözlərini bildirib, onu 85 illik yubileyi münasibəti ilə təbrik ediblər.

 





17.07.2021    çap et  çap et