525.Az

Almaniyada daşqın qurbanlarının sayı artdı


 

Almaniyada daşqın qurbanlarının sayı artdı<b style="color:red"></b>

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 156-ya çatıb.

525.az xəbər verir ki, yerli polisin məlumatına görə, təkcə Arvayler rayonunda (Reynland-Pfalts federal torpağı) təbii fəlakət qurbanlarının sayı 110-a çatıb. Ümumilikdə 670 nəfər xəsarət alıb. Bu rəqəmlərin artacağı istisna olunmur.

Qeyd edək ki, bazar ertəsindən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.

 





18.07.2021    çap et  çap et