525.Az

Əbülfət Mədətoğlundan yeni kitab


 

Əbülfət Mədətoğlundan yeni kitab<b style="color:red"></b>

Tanınmış şair, publisist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı nəşr olunub.  “Dörd divar...Allah, O və mən...” adlı kitab Adiloğlu nəşriyyatında çap olunub.

525.az xəbər verir ki, 500 nüsxəylə nəşr olunan kitabın redaktoru Fəridə Rəhimlidir. Kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının məhsuludur. Əsasən vətən, sevgi və təbii ki, insani duyğuların ifadəsidir. Oxucuların yolunu gözləyən bu kitabı tezliklə kitab satış məntəqələrindən ala bilərlər. 

Qeyd edək ki, Əbülfət Mədətoğlu Respublikanın əməkdar jurnalistidir. Şeir və kitabları Türkiyədə, İranda, Rusiyada çap olunub. 
 

 





18.07.2021    çap et  çap et