525.Az

Rusiya niyə Talibanla təmas qurub?


 

Rusiya niyə Talibanla təmas qurub? <b style="color:red"></b>

"Taliban BMT Təhlükəsizlik Şurası qərarında Əfqanıstandakı müzakirələrin tərəfi olaraq qəbul edilir".

525.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Moskva bu qərara istinadən Taliban təmsilçiləri ilə təmas qurub:

“2020-ci ilin martında BMT TŞ-də qəbul edilən qərarda Əfqanıstandakı tərəflər arasında müzakirələrin aparılmasının vacibliyi açıq qeyd edilib.

Bəli, Taliban Rusiyada, həqiqətən, qadağan olunan bir təşkilatdır. Məsələ budur ki, Rusiya beynəlxalq terrorla mübarizəni sadəcə dəstəkləmədiyini, eyni zamanda, bu mövzudakı qərarlılığını təsdiqlədiyini, terror aktlarının qəbuledilməz olduğunu vurğulayıb.

Daha bir nüans var. O da Talibanın Əfqanıstandakı tərəflər arasındakı dialoqun BMT TŞ-nin bütün ölkələri təşviq etməyə çağırdığı dialoqun tərəfi olmasıdır”.

 





18.07.2021    çap et  çap et