525.Az

Dünyanı idarə edən "divar ustaları" - El Romandan yeni yazı


 

Dünyanı idarə edən "divar ustaları" - <b style="color:red">El Romandan yeni yazı </b>

Kökü Orta əsrlərə qədər gedib çıxan, qardaşlığı hər şeydən üstün tutan, adət-ənənələri yüz illərdir dəyişməyən, sirlərlə dolu bir cəmiyyət - Masonlar. Bəziləri, onların dünyanı idarə etdiyini, öz istədikləri dövlət işçilərini seçərək ağlınıza gələ biləcək hər cür idarənin başında olan bir güc olduğunu deyir.

Masonlarla bağlı minlərlə isbatını gözləyən teorem var. Məsələn, bunlardan biri də J.F.Kennedi sui-qəsdidir. Digəri isə, rusların dünyada yeganə güc olmasını əngəlləmək üçün Aya təşkil olunan saxta səyahətdir. Və bunun kimi saysız-hesabsız teorem. Bütün bunların arxasında onların əlinin olduğuna inananlar var. Bəs bu deyilənlərdə gerçəklik payı nə qədərdir?

Mason. Tarixdə bilinən ilk adları "Free Mason". Mənası "hürr divar işçiləri" deməkdir. Bəli, "mason" sözü fransız mənşəli olub, hərfi tərcümədə "divar ustası" anlamını verir. Mason orta əsrlərdə divar işi ilə məşğul olan insanlara deyilirdi. Rəvayətə görə, kökü həzrət Süleymana qədər gedib çıxır. Deyilənlərə görə, həzrəti Süleymanın ziyarətgahı nəsildən-nəslə ötürülən gizli bilgilərlə tikilmişdi. Divar işçiləri, yəni masonlar, gördükləri bu mükəmməl işin bilgilərini sirr kimi saxlayırdılar. Bununla bərabər, bu bilgiləri ötürmək üçün yeni masonlar da yetişdirmək vacib idi. Bunun üçün özləri kimi sirr saxlamağı bilən, sadiq və savadlı insanları öz tələbələri kimi yetişdirirdilər. Sayları artdıqca, özlərinə məxsus yeni bir birlik qurmağa qərar verən masonlar 1500-cü illərin sonunda Şotlandiyada rəsmi şəkildə ilk özəl birliklərini qurdular. 15-ci əsrin sonlarında Şotlandiyada artıq 13 müstəqil mason birliyi qurulmuşdu. Yəni masonluq öz sirlərini bir-birləri ilə paylaşan və özlərinin qəbul etdiyi şəxslərlə formalaşan birliklər sayəsində başladı.

Şotlandiyanın paytaxtı Edinburqdakı məşhur "Hill street" küçəsi çox da sirr saxlanılacaq yer kimi görünməsə də, küçə ilə addımlayarkən bir qapının üstündə qızılı hərflərlə "Bir nömrəli Edinburq Mason Birliyi" yazısını və işarələrlə dolu bir lövhəciyi görmək olar. Bu birlik 1599-cu ilə gedib çıxan tarixi ilə hələ də dünyanın tanınan ən qədim mason iqamətgahı hesab olunur.

Hər şey hazır olsa da, masonları xarakterizə edən bir loqoya ehtiyac vardı. Bunun üçün divar ustalarının istifadə etdiyi pərgər uyğun görüldü. Pərgərlər iç-içə keçirildi və ortasına "G" hərfi əlavə olundu. Çox insan həmin hərfin "yaxşılıq" mənasını verən "Goodness" olduğunu, ya da "Geometriya" mənasını verdiyini desə də, bu, əslində, Tanrı, yəni "Good" sözünün baş hərfidir. Masonlar bununla Yaradanı hər şeyin mərkəzinə qoyduqlarını göstərmək istəyiblər.

 

Zaman keçdikcə fərqli dövlətlərin fərqli birliklərinin öz loqolarını yaratması ilə masonluğu göstərən bir çox simvol ortaya çıxdı. Hazırda dünyada təqribən 6 milyon mason yaşayır. Bəs masonluğa qəbul edilənlər, yəni hazırda mason olanlar hansı şərtlərlə bu birliyin üzvü olmaq haqqı qazanıblar?

Masonluğa qəbul edilmək üçün birinci şərt birliyə üzv olan başqa bir masonun zamin olmasıdır. Çox yerdə sonuncu şərt kimi göstərilsə də, bu, əslində, masonluğun ilk və ən vacib şərtidir. Çünki sizə hər hansısa bir mason zamin olmasa, digər bütün şərtlərə uyğun olsanız belə, mason ola bilməzsiniz.

İkinci şərt qatılmaq üçün məcbur edilməməkdir. Yəni qatılmağı hürr iradənizlə istəməlisiniz.

Üçüncü olaraq, mason olmaq üçün bir Yaradana inanmaq şərti var. Yəni Ateist və Aqnostik olan heç kəs bu birliklərin üzvü ola bilməz.

Dördüncü şərt, 18 yaşdan böyük olmaq, beşincisi, əxlaqlı və etibarlı insan olmaq, altıncısı, əqli və ya fiziki heç bir qüsurun olmaması, yeddinci və ən sonuncu şərt isə azad insan olmaqdır.

Masonlar, yəni divar ustaları, işlərinə görə dünyanın bir çox fərqli yerlərinə getməyə məcbur ola bilirdilər. Bu səbəblə getdikləri yerlərdə başqa həqiqi masonları tapmaq üçün bir şey etmək lazım idi. Buna görə də masonlar, sadəcə özlərinin biləcəyi bir şifrə yaratmağı düşündülər. Bunun nəticəsində masonlar üçün özəl bir salamlaşma forması yaradıldı.

1723-cü ildə Böyük Mason Birliyi bütün qayda-qanunlarından ibarət qanunnamə hazırlamaq tapşırığını provaslav rahib Ceyms Andersona həvalə etdi. "Anderson Anayasası" adı verilən bu qanunnamə masonların ilk rəsmi hüquqi sənədi idi və bu gün də bütün masonlar həmin qanunlara riayət edirlər.

Masonluq bütün insanlar üçün ortaq şəkildə, insanlar arasında sevgi, hörmət, tolerantlıq, hüquq bərabərliyi, evrənsəl qardaşlıq və elmi inkişafın vacibliyini qəbul edir.

Masonlar zaman keçdikcə böyük bir örgütə çevrildi. Masonlar bir-birlərinə "qardaşım" deyə xitab edirlər. Bir işçi sinfi olaraq qurulan masonluq müasir dövrdə dövlət işçilərindən məşhur insanlara qədər bir çox şəxsi əhatə edir. Əslində, hekayə də məhz buradan başlayır.

 

Deyilənlərə görə, masonluğa qəbul edilən bəzi güclü insanlar zaman-zaman masonluğun qaydalarını dəyişdirdilər. Bunlardan biri də 33-cü dərəcə mason olan general Albert Paykdır. Albert Payk məktubunda yazırdı:  "Aydın düşüncələrin məqsədinə çatması üçün öncə Birinci Dünya müharibəsi baş verməlidir. Bu səbəblə Rusiyada Çar hakimiyyətini zəiflədib, ateizmi və kommunizmi hakim qüvvəyə çevirməliyik. Baş verəcək Birinci Dünya müharibəsindən sonra kommunizmi inkişaf etdirməliyik ki, bütün hökumətləri yıxa bilək və bütün dini güc mərkəzlərini zəiflədək. Ardınca İkinci Dünya müharibəsi olmalıdır. Bunu gerçəkləşdirmək üçün faşistlər və sionistlər arasında gərginlik yaratmalıyıq. Adları "nasist" olan faşistləri müharibənin sonunda məhv edərək Fələstində yəhudilərin ana vətəni olacaq İsrail dövlətini qurmalıyıq. Üçüncü Dünya müharibəsini çıxarmaq üçün İslam dünyasının liderləri və sionistlər arasındakı agentlərimiz vasitəsilə fikir müxtəliflikləri səbəbindən gərginlik yaratmalıyıq. Bu müharibə müsəlman ərəb dünyası və İsrail dövlətinin bir-birlərini məhv edəcəkləri formada dizayn olunmalıdır".

Bu məktub 1-ci əsrin sonlarında yazılmışdı. Gördüyümüz kimi, nasistlərin varlığından İsrail dövlətinin qurulmasına qədər bir çox plan artıq gerçəkləşib. Müasir dövrə nəzər yetirsək, İslam dünyasının, xüsusilə də Ərəbistanın yeritdiyi siyasət, müsəlmanlar tərəfindən narahatlıqla qarşılanır. Sanki Üçüncü Dünya müharibəsinin toxumları əkilirmiş kimi...

 





19.07.2021    çap et  çap et