525.Az

"Neftçi"nin potensial rəqibi bilindi - Çempionlar Liqası


 

"Neftçi"nin potensial rəqibi bilindi - <b style="color:red"> Çempionlar Liqası</b>

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib. "Ağ-qaralar" 2-ci mərhələdə Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.

 





19.07.2021    çap et  çap et