525.Az

Əfqanıstanda prezident sarayı istiqamətində raket zərbəsi endirilib


 

 Əfqanıstanda prezident sarayı istiqamətində raket zərbəsi endirilib<b style="color:red"></b>

 Əfqanıstanın paytaxtı Kabildə prezident sarayı istiqamətində bir neçə raket zərbəsi endirilib.

Bu barədə 525.az APA-ya istinadən xəbər verir

Dağıntılar və ya itkilərlə bağlı hələlik heç bir məlumat açıqlanmayıb.

Əfqanıstanın "Tolo News" telekanalı isə raket zərbələrinin Qurban Bayramı şərəfinə dua edilərkən atıldığını bildirib.

Digər yerli televiziya kanalı “1 TV”nin məlumatına görə, sarayın yaxınlığında üç partlayış səsi eşidilib.

 





20.07.2021    çap et  çap et