525.Az

Bakıda bayram namazı qılınıb - Foto


 

Bakıda bayram namazı qılınıb - <b style="color:red">Foto</b>

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

525.az-ın Report-a istinadən xəbərinə görə, Bakının "Əjdərbəy" məscidində icra olunan dini ayində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Məsciddə namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Sabah da "Təzəpir" və ölkənin digər məscidlərində namazlar qılınacaq.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Belə ki, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.

 





20.07.2021    çap et  çap et