525.Az

Ağstafada polislər bayramda şəhid ailələrini ziyarət ediblər


 

Ağstafada polislər bayramda şəhid ailələrini ziyarət ediblər<b style="color:red"></b>

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və aztəminatlı ailələri ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan 525.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrinin üzvlərini və aztəminatlı ailələri ziyarət ediblər.

Onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bayram sovqatları veriblər.

 





20.07.2021    çap et  çap et