525.Az

“WhatsApp”ın keçmiş əməkdaşları yeni sosial şəbəkə yaratdı


 

“WhatsApp”ın keçmiş əməkdaşları yeni sosial şəbəkə yaratdı<b style="color:red"></b>

“WhatsApp” şirkətinin keçmiş əməkdaşları Nirac Arora və Maykl Donohyu “HalloApp” adlı yeni sosial şəbəkə istifadəyə veriblər.

525.az xəbər verir ki, istifadəçilər öz ünsiyyət dairələrini və xəbər lentini məhdudlaşdıra biləcəklər. Bu, “HalloApp”də yalnız telefon kitabçanızda olan şəxsləri dostluğunuza əlavə edə bilməyinizin sayəsində mümkün olacaq. Bu sosial şəbəkədə bəyənmə (layk), izləyicilər (folloverlər), həmçinin reklam və kontentin seçilməsi üçün alqoritmlər yoxdur.  

Mobil əlavəni “Google Play” və “AppStore” onlayn mağazalarından yükləmək mümkündür.

“The Verge” internet portalı qeyd edir ki, “HalloApp” bəzi xüsusiyyətləri ilə “WhatsApp”ı xatırladır.

 





20.07.2021    çap et  çap et