525.Az

İflic xəstələri üçün yeni danışma metodu hazırlandı


 

İflic xəstələri üçün yeni danışma metodu hazırlandı<b style="color:red"></b>

Kaliforniya Universitetində çalışan elm adamları iflic xəstələrinin danışması üçün yeni bir metod hazırlayıblar.

525.az xəbər verir ki, mütəxəssislər iflic olmuş xəstənin beyin siqnallarını kompüterə ötürərək danışmasına nail olublar. “Bravo-1” kod adlı iflic xəstənin beyninə implant yerləşdirib. Beyindən səs tellərinə gedən yola yerləşdirilən implant, nitq siqnallarını tutaraq kompüterə köçürüb. Beləliklə, 15 il əvvəl danışma qabiliyyətini itirən şəxs "Bravo-1", kompüter vasitəsilə danışmağı bacarıb.

75% dəqiq olan metodla dəqiqədə 15 söz danışmaq olur. İnsanların ortalama danışıq sürəti dəqiqədə 150 ​- 200 söz arasındadır. Bu tədqiqatla beyindən alınan siqnallar ilk dəfə nitqə çevrilib.

El Roman

 





20.07.2021    çap et  çap et