525.Az

Bir salxım üzüm rekord qiymətə satıldı


 

Bir salxım üzüm rekord qiymətə satıldı<b style="color:red"></b>

Yaponiyada bir salxım "Ruby Roman" qırmızı üzümü mövsümün açılışında rekord qiymətə satılıb.

525.az xəbər verir ki, İşikava əyalətinin Kanazava bölgəsinin mövsüm açılışında müştəriyə təqdim olunan üzümlərin qiyməti keçən ilə nisbətən 100 min yen (910 dollar) artıb. Açılış auksionundakı mağazalar şəbəkəsinin sahibi Tayvanlı Hsieh Ming-ta, bir dəstə "Ruby Roman" qırmızı üzümü üçün 1,4 milyon yen ödəyib. Bu qiymətlə üzüm dəstəsi ard-arda 3-cü  dəfədir ki, yeni bir rekorda imza atıb.

Ming-ta: “Ruby Roman üzümünü Tayvan xalqına tanıtmaq istəyirəm. Əkinçilərin əməyini nəzərə aldıqda 1,4 milyon belə azdır” - deyə söyləyib.
Kyodo agentliyinin xəbərinə görə, ilin ilk hərracından sonra həmin növün 253 salxımı satılıb.

Turşuluğu az, şəkəri bol, stolüstü tennis topu ölçüsündə dənələri olan “Ruby Roman” üzümləri Yaponiyada ilk dəfə 2008-ci ilin avqustunda satışa çıxarılmışdı.

El Roman

 





20.07.2021    çap et  çap et