Qlobal istiləşmə ilə birlikdə hökm sürən istilik dalğası səbəbilə ABŞ-nin müxtəlif bölgələrində başlayan meşə yanğınlarının ən böyüyü Butleq bölgəsində davam edib.
525.az xəbər verir ki, Nyu-York şəhərindən daha böyük bir sahənin məhv olduğu yanğın sahəsində evakuasiya işləri hələ də davam edir. Ştatın tarixində bilinən ən böyük yanğın olan Butleqdən 2000-dən çox insan evakuasiya edilib.
Hadisə ABŞ-nin qərbindəki 11 ştatda baş verən 80 yanğın içərisində ən böyüyüdür. Həddindən artıq istilər və ardınca gələn güclü küləklər səbəbindən söndürülə bilməyən yanğın, 6 iyul tarixindən bəri davam edir.
Milli Agentliklərarası Yanğın Mərkəzi tərəfindən paylaşılan məlumata görə, ABŞ daxilindəki meşə yanğınları 1,1 milyon hektardan çox ərazinin kül olmasına səbəb olub.
El Roman