525.Az

Qlobal istilər meşə yanğınlarına səbəb oldu


 

Qlobal istilər meşə yanğınlarına səbəb oldu<b style="color:red"></b>

Qlobal istiləşmə ilə birlikdə hökm sürən istilik dalğası səbəbilə ABŞ-nin müxtəlif bölgələrində başlayan meşə yanğınlarının ən böyüyü Butleq bölgəsində davam edib.

525.az xəbər verir ki, Nyu-York şəhərindən daha böyük bir sahənin məhv olduğu yanğın sahəsində evakuasiya işləri hələ də davam edir. Ştatın tarixində bilinən ən böyük yanğın olan Butleqdən 2000-dən çox insan evakuasiya edilib.

Hadisə ABŞ-nin qərbindəki 11 ştatda baş verən 80 yanğın içərisində ən böyüyüdür. Həddindən artıq istilər və ardınca gələn güclü küləklər səbəbindən söndürülə bilməyən yanğın, 6 iyul tarixindən bəri davam edir.

Milli Agentliklərarası Yanğın Mərkəzi tərəfindən paylaşılan məlumata görə, ABŞ daxilindəki meşə yanğınları 1,1 milyon hektardan çox ərazinin kül olmasına səbəb olub.

El Roman

 





20.07.2021    çap et  çap et