525.Az

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb


 

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 036 vaksin vurulub.

525.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 383 875, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 591 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 792 209 təşkil edir.

 





20.07.2021    çap et  çap et