525.Az

Tokionun yeni qonağı 3D pişik


 

Tokionun yeni qonağı 3D pişik<b style="color:red"></b>

Yaponiyanın paytaxtı Tokionun insanların ən sıx məskunlaşdığı yerlərdən biri olan Şincukuda bir binanın üst qatında quraşdırılmış 120 kvadratmetrlik 3D ekranında fasilələrlə görünən pişik hər kəsin diqqətini cəlb edib.

525.az xəbər verir ki, qara, sarı və ağ rəngli "calico" cins pişiyi ekranda 15 saniyə görünür, stansiyadan çıxan və səkidə hərəkət edən hər kəsə "salam" verir. Pişik başını sola və sağa çevirə, oturub dura və pəncələrini hərəkət etdirə bilir.

Səhər oyanarkən pişik insanlara "miyov” deyir, gecə isə əsnəyir və yuxuya gedir.

Firuzə Əliyeva

 





20.07.2021    çap et  çap et