525.Az

"Formula 1"-in yeni nəsil avtomobili təqdim edilib - Foto


 

"Formula 1"-in yeni nəsil avtomobili təqdim edilib - <b style="color:red"> Foto</b>

Ən böyük idman növlərindən biri olan "Formula 1" çempionatında 2022-ci ildə istifadə ediləcək yeni nəsil avtomobil təqdim edilib.

525.az xəbər verir ki, “Formula 1” təşkilatçıları çox gözlənilən təqdimat mərasimini keçirib. 2022-ci ildə istifadə ediləcək yeni nəsil maşınların ilk real görüntüləri yayımlanıb. Yarışmanın texniki şöbəsi tərəfindən xüsusi olaraq dizayn edilmiş raket maşını bu həftə sonu keçiriləcək Britaniya Qran Prisi ərəfəsində Silverstone yarış zolağında ilk çıxışını edib.


Yeni nəsil vasitə mövcud avtomobillərlə müqayisədə çox fərqli bir görünüşə sahibdir. Onun ön qanadında, burun və arxa qanad hissələrindəki dəyişikliklər diqqət çəkir. Yeni dizayn avtomobillərinin əsas məqsədi pilotların bir-biri ilə daha yaxşı mübarizə aparması və ötmə gücünün artmasıdır.

2021 mövsümündə pilotların təsnifatında lider olan hollandiyalı Max Verstappen də bu yeni modeli çox bəyəndiyini açıqlayıb.

El Roman

 





21.07.2021    çap et  çap et