525.Az

Tacikistan Prezidentinin bacısı COVID-19-dan vəfat edib


 

Tacikistan Prezidentinin bacısı COVID-19-dan vəfat edib<b style="color:red"></b>

Tacikistan Prezidenti Emomali Rahmonun bacısı Qurbonbi Rahmonova 64 yaşında vəfat edib.

525.az-ın verdiyi xəbərə görə, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tacikistan Səhiyyə Nazirliyindəki mənbənin RİA “Novosti”yə verdiyi xəbərə görə, Emomali Rahmonun bacısı paytaxt Düşənbədə müalicə olunduğu 5 nömrəli klinik xəstəxanada yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

Qurbonbi Rahmonova bu gün dəfn ediləcək.

İyulun 5-də Tacikistan Prezidentinin qaynanası 88 yaşlı Uzbekbi Asadulloeva da koronavirusdan vəfat edib.

 





21.07.2021    çap et  çap et