525.Az

İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb


 

İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb<b style="color:red"></b>

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 9 gənc yaralanıb.

525.az report-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında baş verib. Atışma zamanı hadisə yerində 300-dək adam olub. Hadisənin səbəbi hələ ki məlum deyil.

Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polis araşdırma aparır.

 





21.07.2021    çap et  çap et