|
|
|
|
“AVRO-2020”nin final matçının keçirildiyi “Uembley” stadionuna qeyri-qanuni yollarla girən şəxslər aşkarkanlanıb.
525.az xəbər verir ki, verilən məlumata əsasən, stadiona girməyi bacaranların sayının ən az 2 min nəfər olduğu bildirilib. Final matçında təhlükəsizlik problemi ilə bağlı suallarını cavablandıran London Polis Federasiyasının prezidenti Ken Marş, yaşanan problemin məsuliyyətinin də "Uembley" rəhbərliyində olduğunu söyləyib.
"Uembley xüsusi mülkdür. Biz xüsusi mülkiyyət polisi deyilik”,- deyə o söyləyib.
El Roman