https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Döyüş nə vaxt başladı? - Rəvan Cavid yazır
search
23 Aprel 2024
22 Aprel 2024

Tokio-2020: Cüdoçularımız Yaponiyada məşqə çıxdı

Tokio-2020: Cüdoçularımız Yaponiyada məşqə çıxdı

Cüdo üzrə Azərbaycan millisi Yay Olimpiya Oyunları üçün Tokioda məşqə çıxıb.

525.az xəbər verir ki, hazırlıq prosesi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da komandanın məşqini izləyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunacaq. Püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək gerçəkləşəcək.

Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.