525.Az

Kanada hava şarı ilə kosmik teleskop yola salacaq


 

Kanada hava şarı ilə kosmik teleskop yola salacaq<b style="color:red"></b>

Kanadanın bir neçə universiteti Kanada Kosmik Agentliyi və NASA ilə birgə hava şarı vasitəsilə kosmik teleskopun göndərilməsini planlaşdırır.

525.az Trend-ə istinadən xəbər verir ki, "SuperBIT" teleskopu Yerin stratosfer qatında yerləşdiriləcək.

Teleskopun buraxılışı üçün heliumlu hava şarından istifadə olunacaq.

Uçuşun 2022-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Teleskopun 40 kilometr hündürlükdə müşahidələr aparması nəzərdə tutulur.

 





21.07.2021    çap et  çap et