525.Az

Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlanıb


 

Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlanıb<b style="color:red"></b>

Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.

525.az xəbər verir ki, ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.

Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır.

Mütəxəssislər hesab edir ki, buzlaqlar əridikcə bu cür viruslar aşkar olunmaqda davam edəcək.

 





21.07.2021    çap et  çap et