Misirdə aparılan araşdırmalar nəticəsində ölkənin ən böyük limanı olaraq istifadə edilən qədim batmış şəhər aşkar edilib. Avropa Sualtı Arxeologiya İnstitutunun rəhbərlik etdiyi araşdırmada, batmış şəhərdə bir hərbi gəmi və yunan tacirlərinə aid bir qəbiristanlığın qalıqlarının olduğu ifadə edilib.
525.az xəbər verir ki, Nilin qərb qolunun başlanğıcında tapılan və Misirə girişə nəzarət edən "Thonis-Heracleion", e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qurulan İskəndəriyyədə bölgənin ən əhəmiyyətli yeri və mərkəzi sayıldığı vurğulanıb.
Kəşf edilmiş hərbi gəminin isə e.ə.II əsrdə məşhur Amun Məbədi çökən zaman batdığı bildirilib.
Firuzə Əliyeva