525.Az

DİN tanınmış aparıcı İlham Mirzəyevin saxlandığını təsdiqləyib


 

DİN tanınmış aparıcı İlham Mirzəyevin saxlandığını təsdiqləyib<b style="color:red"></b>  Daxili İşlər Nazirliyi tanınmış aparıcı İlham Mirzəyevin saxlanıldığını təsdiqləyib.
 
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, İlham Mirzəyev bu gün polis orqanları tərəfindən tutulub.
 
Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 





11.04.2014    çap et  çap et