525.Az

Gürcüstan MSK-ya sədr seçkisi yenidən baş tutmayıb


 

Gürcüstan MSK-ya sədr seçkisi yenidən baş tutmayıb<b style="color:red"></b>

Gürcüstan parlamentində ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçkisi ikinci dəfə baş tutmayıb.

525.az report-a istinadən xəbər verir ki, sədrliyə hər iki namizəd yetərli səs toplaya bilməyib. Giorgi Kalandarişvili tələb olunan 100 səs əvəzinə 83, Giorgi Santuriani isə cəmi 4 səs əldə edib.

Beş il müddətinə sədrin təsdiqlənməsi baş tutmayandan sonra qanunverici orqanda sədrin altı ay müddətinə seçilməsi məsələsi səsverməyə qoyulmalıdır.

Parlament namizədlərə 4 dəfə səs vermək hüququna malikdir.

Qeyd edək ki, MSK-nın keçmiş sədri Tamar Jvaniya iyunun 30-da istefa verib.

 





22.07.2021    çap et  çap et