525.Az

"Taliban" Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət edir


 

"Taliban" Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət edir<b style="color:red"></b>

"Taliban" hərəkatı Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət edir.

525.az Trend-ə istinadən xəbər verir ki, bunu "Taliban"ın nümayəndəsi Zabiullıa Mücahid bildirib.

O qeyd edib ki, təşkilat ölkənin Tacikistan, Özbəkistan, Türkmənistan və İranla sərhədlərin böyük hissəsinə nəzarət edir.

Qeyd edək ki, ABŞ və NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayandan sonra "Taliban" ölkədə bir neçə şəhər və əyalət üzərində nəzarəti ələ keçirib.

 





22.07.2021    çap et  çap et