525.Az

Putin və Paşinyan arasında telefon danışığı olub


 

Putin və Paşinyan arasında telefon danışığı olub<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər.

 

 





22.07.2021    çap et  çap et