525.Az

Tibetdə mənşəyi bilinməyən 28 virus tapıldı


 

Tibetdə mənşəyi bilinməyən 28 virus tapıldı<b style="color:red"></b>

Alimlər Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində yeni bir kəşfə imza atıblar. Sözüdegən bölgədəki bir buzlaqdan götürdükləri nümunələrdə elmə məlum olmayan viruslar aşkar ediblər.

525.az xəbər verir ki, bu  kəşf, 2019-cu ilin dekabrında Vuhan şəhərində ortaya çıxan və qısa müddətdə bütün dünyaya yayılan koronavirus epidemiyasından əvvəl baş tutub.  Hələ 2015-ci ildə Tibet Yaylasındakı Guliya buzlağından götürülmüş nümunələr üzərində araşdırma aparan elm adamları 28-i elmə məlum olmayan 32 fərqli virus aşkarlayıblar.

Həmin virusların təxminən 15 min ildir donmuş halda olduğu deyilir. Artıq virusların genetik kodları müəyyən edilib. ABŞ-ın Ohio Dövlət Universitetinin İqlim Tədqiqatları Mərkəzinin tədqiqatçısı və virusların kəşfi üçün başladılan araşdırmanın rəhbəri bildirib ki, naməlum viruslar buzlaqda tədricən yığılmağa başlayıb:

 "Bu buzlaqlar toz və qazlardan tədricən əmələ gəlib. Bir çox virus da bu cür buzda yığılmağa başlayıb. Hər il formalaşan buz qatları atmosferdəki virusları da özünə çəkib. Bu təbəqələr elm adamlarının tarix boyu iqlim dəyişikliyi, mikroblar, viruslar və qazlar haqqında daha çox şey anlamaq üçün istifadə etdikləri zaman qrafikini təşkil edir".

Natəvan Abdulla

 





22.07.2021    çap et  çap et