525.Az

“Ölkə iqtisadiyyatı iki faiz artıb”- Nazir


 

“Ölkə iqtisadiyyatı iki faiz artıb”- <b style="color:red"> Nazir</b>

2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.

525.az trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib: "Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".

Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".

 





23.07.2021    çap et  çap et