525.Az

Goranboyda yol tikintisi üçün vəsait ayrıldı - Sərəncam


 

Goranboyda yol tikintisi üçün vəsait ayrıldı - <b style="color:red"> Sərəncam </b>

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncama əsasən on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

 





23.07.2021    çap et  çap et