525.Az

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib


 

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib<b style="color:red"></b>

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Ağdam şəhərinə səfər edib.

525.az APA-ya istinadən xəbər verir ki, fransalı deputatlar Ermənistanın Ağdamda törətdiyi dağıntıları öz gözləri ilə görüblər. Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer və Sandrin Morşun daxil olduğu nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputatlar Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət edir.

 





23.07.2021    çap et  çap et