525.Az

Xoşqədəm Hidayətqızı: “Səni axtarıram” reytinq birinciliyini böyük zəhmət bahasına qazanıb” (Müsahibə)


 

Xoşqədəm Hidayətqızı: “Səni axtarıram” reytinq birinciliyini böyük zəhmət bahasına qazanıb” <b style="color:red">(Müsahibə)</b>

Televiziya məkanının ən reytinqli proqramlarından olanSəni axtarıramverilişinin efirə çıxmasından 3 il ötür. Proqramın aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı ilə söhbətimizdə müsahibimiz layihənin məramından, statistikasından, işin alınması yönündə çəkilən zəhmətdən alınan uğurlu nəticədən söz açıb.

Xoşqədəm xanım, öncə, aparıcısı olduğunuz proqramın 3 yaşının tamam olması münasibətilə Sizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq. Verilişin yaranma tarixçəsindən söz açmağınızı istərdik.

Təşəkkür edirəm. Bilirsiniz ki, daha öncəSən tək deyilsənlayihəsində aparıcı idim. Bu layihəni apardığım müddətdə çoxlu tamaşaçı məktubları gəlirdi. O məktubların böyük əksəriyyəti axtarışlarla bağlı idi. Belə qərara gəldim ki, bu verilişin içərisində 3 dəqiqəlikSəni axtarıramrubrikası açaq, bununla da öz itmiş yaxınlarını axtaranlara şərait yaradaq. Beləcə, bu üç dəqiqəlik rubrika sonradan böyük bir layihəyə çevrildi. Elə bir layihəyə ki, bu, artıq dünya televiziyasında böyük bir yeri olan, “Jdi menyakimi əfsanəvi bir proqramla işlədi, böyük bir əməkdaşlığa imza atdı. Bu bazar günü Azərbaycan tamaşaçıları bizim ilk telekörpümüzü izləyəcəklər. Fəxrlə deyə bilərəm ki, o üçdəqiqəlik bir rubrika bu dərəcəyə gəlib çatdı.

Proqramın statistikası barədə deyə bilərsiniz?

Deməli, axtarışları yekunlaşan, görüşən, studiyaya  çıxarmadan bir-birini tapmalarına şərait yaratdığımız yüzlərlə insan var.  Elələri var ki, gəliblər, verilişin vasitəsilə, amma bizsiz o görüşlər, o zənglər baş verib.

Necə düşünürsünüz, 3 il üçün bu statistika böyük rəqəmdir, deyilmi?

Bəli, təsəvvür edin ki, bu, həftədə bir dəfə yayımlanan verilişin nəticəsidir. Elələri olub ki, biz heç onları efirə çıxarmamışıq. Belələri onlarla, yüzlərlədir. Elələri var ki, axtarışları yekunlaşıb, gəlib bizə təşəkkür edirlər ki, çox sağ olun, biz sizə müraciət edəndən sonra oğlumuz, qızımız tapıldı, ya da zəng etdi. Yaxud da sizin verilişdə bizim şəklimiz getdikdən sonra xəbər aldıq. Yəni, belə faktlar çoxdur. Bir çoxları hələ açılmayıb, sezon sonuna qədər açılacaq. Elə olur ki, birbaşa studiyadan onlarla insana efirdən xəbər vermişik ki, sizin övladınızın, atanızın, ananızın, qohumunuzun axtarışı yekunlaşıb, bizimlə əlaqə saxlaya bilərsiniz.

Siz neçə illərdir peşəkar jurnalistikadasınız. Amma teleaparıcı olduğunuz son üç ildə verilişinizin sayəsində həm ulduz oldunuz. Teleulduz olmaq sizin həyatınızda nələrisə dəyişdimi?

Əslində mən heç vaxt ulduz olmaq istəməmişəm. Bunu tam səmimi deyirəm. Buna ehtiyacım da yox idi. Çünki mən 18 yaşımdan jurnalistikadaydım. İmzam kifayət qədər tanınırdı. MənÜç nöqtəkimi mətbuata səs salan, yarandığı müddətdən 6 ay sonra ilin debütantı, onlarla mükafatın sahibi olan bir qəzetin  əsasını qoymuşam. Yəni, mənim ulduzluğa ehtiyacım yox idi. Ancaq televiziya çağırılmamış qonaqdı (gülür). Baxmayaraq ki, hər zaman deyirəm, mənim üçün ən böyük xoşbəxtlik, ən böyük uğurum qəzetdi. Mən qəzeti, yazılı mətbuatı akademiya hesab edirəm. Ancaq düz vurğulayırsınız, mənim ehtiyacım olmasa da, bu ulduzluq baş tutdu. Lakin inandırım sizi, bunun müsbət tərəflərindən çox mənfi tərəfləri var. İnsanam, nəsə bir fikir yazmaq istəyəndə, hansısa bir status yazanda yoxlamadan, izləmədən, məndən fikir soruşmadan bunu xəbərə çevirdilər. İstər-istəməz mənim həyatım müzakirə predmeti olmaqla yanaşı, həm bir çərçivəyə salındı sanki. Bu da hardasa azadlığımın bir az qısıtlanmasına, sərhədlənməsinə gətirib çıxardı. Ona görə mən bu ulduzluğu istəmirəm (gülür). İllər öncə istədiyim şəkildə, istədiyim geyimdə bulvarda gəzirdim, rahat idmanımı edirdlim,  tennisimi oynayırdım, kimsə mənə yaxınlaşmırdı, kimsə mənə demirdi ki, səni tanıyıram. Bütün bunlar bəlkə yaxşıdı, şükürlər olsun Allaha. Sadəcə mən öz azadlığıma hədsiz dərəcədə düşkün insanam. Bu baxımdan mənə görə mənfi tərəfi daha çoxdu.

Hətta geyiminiz saç düzümünüz belə bəziləri üçün dartışma mövzusuna, bəziləri üçün bir brendə çevrilib...

– (gülür) Halbuki mən heç vaxt geyimlə, saç düzümü ilə gündəmdə olmaq istəməmişəm. Sadəcə televiziya ilə onminlərin, yüzminlərin, milyonların evinə daxil olduğumuza görə imicimizə, saç düzümümüzə fikir verməliyik. Parlaq makiyaj, dəbdəbəli geyim mənim üçün heç vaxt önəm daşımadı, sadəcə çalışdım ki, efirdə səliqəli görünüm. Yəni, tamaşaçı qarşısındakı aparıcının geyiminə yox, onun etdiyi əməllərə, söylədiyi fikirlərə, apadığı müzakirələrə diqqət yönəltsin deyə televiziyada necə geyinmək, tamaşaçı önünə necə çıxmaq lazımdırsa, o şəkildə çıxmağa çalışıram. Nümunəvi olmağa cəhd edirəm. İndi bilmirəm, alınır ya alınmır, bunu tamaşaçı bilir, mən yox.

İtkin düşmüş insanları tapanda, onların yaxınlarını sevindirəndə hansı hissləri keçirirsiniz?

Bilirsiniz ki, bizim ailəmizdə axtarılan biri var. Bu gün həyatda olmayan, erkən – 42 yaşında dünyasını dəyişən, bizə atalıq, böyüklük etmiş, bizi bu səviyyəyə çatdırmış böyük qardaşımı itirmişəm. Onun ailəsi olsa da , övladı yox idi (kövrəlir). İllər sonra bizim üçün bir sirr açıldı ki, onun bir qız övladı var. Hər dəfə kiminsə övladını gətirəndə, kiminsə nəvəsini, yaxınını gətirəndə sanki öz qardaşımın övladını tapdım. Sanki illər sonra qardaşımıza qovuşduq. Hələ ki onun axtarışları gedir, bu yaxınlarda yekunlaşacaq inşallah. Bilirsiniz, bəzən atdığımız hansısa bir addım, daha doğrusu, bu verilişdə baş verənlər bəziləri tərəfindən düzgün qarşılanmır.  Bu verilişdə sünilik, saxtalıq alınmır, sən qədər eləsən o verilişdə hisslərini cilovlaya bilmirsən. Yəni, demək istəyirəm, hamı bizi tərifləmir ki, tənqid edənlər var...

Tənqid demişkən, Xoşqədəm xanım, verilişin çox pafoslu olduğunu da deyirlər hərdən ...

O tənqidləri mən oxumuşam. Biri yazır ki,  Səni axtarıramda göz yaşı çoxdur. Sual verirəm: ata 30 ildən sonra öz övladını tapıbsa, etməlidir? Öz uşağımızı bir yerə göndərəndə, bir həftə sonra övladımız qarşımıza çıxanda az qala ürəyimiz dayanır...İnsan 30-50 ildən sonra əzizini tapırsa, reaksiyası necə olmalıdır ki? Biz yaşlı bir atayla 60 ildən sonra qızını qovuşdurduq. Sizcə, həmin an o göz yaşlarına boğulmazmı? 

Həyatınızı riskə atıb qaynar bölgələrdə olursunuz. Çətin şəraitdə çəkiliş aparırsınız. Bəzən ölümlə burun-buruna dayanmaq, bu çətinliklər sizi usandırmır?

Azad Azərbaycan Televiziyasının vitse-prezidenti Məqsəd Nura dünən başqa bir ölkədən aeroportdan zəng eləmişdim. İki saatdan sonra zəng elədm ki, Bakıdayam (gülür). Məqsəd müəllim mənə sual verdi ki, sən bu enerjini hardan alırsan? Deyirəm ki, bu enerji deyil, sadəcə işimə olan sevgimdi. Mən sevgi ilə, ruhla yaşayan bir insanam. Sevmədiyim yerdə, sevmədiyim insanın yanında, sevmədiyim işdə ola bilmirəm. Televiziya mənim uşaqlıq arzum idi. Televiziya xəyallarımda hər zamanbir gün orda olacamdediyim bir məkan idi. İllər sonra mən bu arzuma çatdım. Digər bir arzum da bu idi ki, hüquqşünas, prokuror, hakim olum, araşdırmalar aparım. “Səni axtarıramlayihəsi ilə iki arzuma birdən çatmışam. Bir tərəfdən çox sevdiyim televiziyadı, digər bir tərəfdə hər zaman arzuladığım araşdırma işidi. Bu layihə konkret araşdırmadı. Hər iki işimdə çox böyük həvəslə, çox böyük sevgiylə işləyirəm. Həmin sevgi məni hər bir yerə qaynar nöqtəyə , ən gözəl bir məkana da apara bilər. Rusiyada elə qəsəbələrə, elə kəndlərə yolumuz düşür ki...bəlkə inanılmazdı, amma orda bir qəsəbədə üç gün heç yemədlim. Ac qaldım, yalnız su içirdim. Bir dəfə daim mənimlə birlikdə səfərlərə gedən operator sual verdi ki, Xoşqədəm xanım, siz artıq belə həyatdan bezmədiniz? (gülür) Dedim qədər ki, bu işə sevgiylə yanaşıram, necə ki sevgim bitməyib, bu davam edəcək. Sevgi vacib şərtdir. Digər tərəfdən bu verilişlə biz həm cəmiyyətə mesaj ötürmək istəyirik ki, heç bir insan səhvdən sığortalanmayıb. Əsas odur ki, insan öz səhvlərini dərk edir, anlayır. İstərSəni axtarıramda olsun, istər başqa bir yerdə, çıxıb deyirlərsə ki, səhv etmişəm, 30 il əvvəl itirdiyim, baxmadığım, bilim, aliment vermədiyim, qayğısına qalmadığım qızımı, oğlumu axtarıram, yaxud da imtina etdiyim ata-anamın arxasınca gəlmişəm-sizcə, bunun nəyi pisdir? Biri səhv edibsə, hamımız onu baltalamalı, uçuruma aparmalıyıq? Bəzən qadına yönələn mənfi münasibəti dəyişmək istəyirik bu proqramla. Harda olurlarsa olsun, bütün qadınlar xoşbəxt olmaq istəyir. Ən güclü qadın da axşam evə gedərkən, tək qalarkən sığınmaq istədiyi bir insanı axtarır. Bu mütləqdir. Necə ki, deyirlər hər bir güclü kişinin arxasında güclü qadın dayanıb, onun əksini demək olar. Hər bir güclü qadının yanında onu sevən, dəstək duran, dayaq olan güclü bir kişinin olması vacibdir. Şəxsən mən çox xoşbəxtəm ki, hər zaman çətin anlarımda atam-anam, qardaşım, bacılarım- bir sözlə, mənə dəstək olan ailəm var. 

Son sualım: Proqramın birincilik reytinqini qoruyub saxlamaq üçün daha hansı yeniliklərə, dəyişikliklərə imza atmağı düşünürsünüz?

Üç il reytinqdə birinci olmaq asan deyil. Üç ildə hər ay, hər mövsumdə dəyişdik. Yeni-yeni nələrsə etdik.  Səni axtarırammübaliğəsiz, yalansız-filansız üç ildi ki, reytinq cədvəllərində birinci yerdədi. “Səni axtarıramailəsi reytinq birinciliyini böyük zəhmət bahasına qazanıb. Biz heç boş oturmuruq, dünən gəlmişəm xaricdən, bir gün sonra təkrar gedirəm. Bir çəkiliş qrupumuz bir az sonra Vladiqafqazdan gəlir, başqa bir çəkiliş qrupu Tümenə yola düşür. Burada çalışan insanların ailəyə, şəxsi həyatına sərf edəcək vaxtı belə yoxdu. Reytinqimizin arxasında belə bir güc, qüvvə var, çalışan, zəhmət çəkənSəni axtarıramailəsi var. Mənim fikrimcə, reytinqdən daha üstün bir məqam var burda, illərdir gözü yollarda qalan insanları bir araya gətirmək, onların həsrətinə son qoymaqla neçə-neçə ailəni sevindirmək, qurmaq, birləşdirmək. Məncə, reytinq budur.  Daha bir möhtəşəm dəyişikliyimiz bu bazarJdi menyailə ilk telekörpümüzdü, biz burda 5 ölkəyə bağlandıq. Bu həftə Şabrandan olan bir kişinin həyat hekayəsini təqdim edəcəyik, ikinci telekörpümüz hazırlanır, bu dəfə daha çox ölkələrlə telebağlantı quracağıq. Yekun nəticə möhtəşəmdi. İzləməyə dəyər!

Sevinc  MÜRVƏTQIZI

 





11.04.2014    çap et  çap et