525.Az

Dünya şöhrətli alim, elm cəngavəri


 

Dünya şöhrətli alim, elm cəngavəri<b style="color:red"></b>

"Dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər"! Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin verdiyi dəyər Vətənimizi dünyanın aparıcı olkələrində təmsil etməyə sitimul verib. Elimizin qürur yeri olan doğuldu Ağdam şəhərinin mənfur düşmən tərəfində işğal ediyi 27 ildə müəllifi olduğu yeni “Alternativ Psixologiya” elminin metodologiyası əsasaında orijinal dəsti-xətlə elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdimatı dünyanın aparıcı ölkəri ABŞ, İngiltərə,Türkiyə, Avropa, Rusiya, Ukrayna,Gürcüstanın, Böyük Brtaniya Oksford Universitetinin fəxri akademiki, nüfuzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, İnsanların sağlamlığının qorunmasina xidmətmətləri dəyərləndirilmişdir.

Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim, akademik Yaşar Saday oğlu İbadov “Alternativ psixologiya" elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) almışdır. Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini - bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. “Alternativ psixologiya” yeni bir elm kimi canlı sistemlərin zaman və məkan daxilində davranışlarının və metamorfozalarının öyrənilməsində yeni imkanlar açır. Tibbi biologiya üzrə elmlər doktoru, professor Y.S.İbadovun tətbiq etdiyi psixoqrafiya metodu ("Metamorfoza səbəbi üzrə iş" metodu) canlı orqanizmlərin faza sistemlərinin tədqiqindən və onların həyat fəaliyyətini pozan neqativ informasiya mənşəli blokların üzə çıxarılmasından ibarət olub, insanın mənəvi-psixoloji yüksəlişinə xidmət edir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə imkan verir, təkcə fiziki bədəni deyil, həm də energetik bədənləri təmizləməyə və sağlamlaşdırmağa imkan yaradır.

Psixoqrafiya metodunun köməyi ilə enreqoinformasion gigiyena elmində və psixosomatik xəstəliklərin profilaktikasında yeni imkanlar açılır. Psixoqrafiyanın mərhələlərində müalicəvi təsir göstərmək qabiliyyəti mövcuddur və Psixoqrafiya metodu insanlığın öyrənilməsində yeni istiqamət kimi qiymətləndirilməlidir. “Alternativ psixologiya” elmi insanın fiziki və energetik bədənlərinin sağlamlaşdırılması üçün praktik cəhətdən yeni imkanlar yaradır və təbiət qanunları əsasında, müasir elmlərin inteqrasiya xəttində, alternativ baxışdan elmi tədqiqatlara yeni-yeni stimul verir və səhifələr açır. Psixoqrafiya metodu nəticəsində əldə olunan psixi enerjinin yazısında – “psixoqramma”da insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatların tədqiqatını təqdim edir. Psixoqrammada -psixikanın yazısındakı harmoniyanı bərpa etməklə, xətt və ştrixlərin qanunauyğun dizaynını yaratmaqla xəstənin psixikasına sağlamlaşdırıcı təsir göstərilir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə və biofiziki ölçülərdə orqanizmi sağlamlaşdırmağa kömək edir. Psixoqramma sözlə ifadə oluna bilməyən bir çox proseslərin informasiyalarını açır, öyrənir, izah edir və eyni zamanda xəstəliklərin və həyati problemlərin səbəblərini araşdıraraq onları korreksiya etmək üçün yeni praktik vəsait təqdim edir. Bu isə neqativ enerji və informasiyalardan azad olmaqla insan orqanizmində pozitiv enerji balansının tənzimlənməsilə - harmoniyanın bərpası və normada saxlanması istiqamətində insanların tibbi-psixoloji sağlamlığının qorunması yolunda beynəlxalq səviyyədə Dünya təbabətinə elmi töhfələr vermişdir. Professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır № 006449 (protokol № a 20040215, 21.10.2004-ci il). Metodun tətbiqi bioenergetik matrisanı tədqiq etməkdə və enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramının enerqo informasion səviyyədə bərpa olunmasını mümkün edir. Professor Yaşar İbadov müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyasi əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət nişanına və lisenziyasına layiq görülmüşdür. O, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti xətti olan, nəzəri və praktik elmi nailiyyətləri Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təqdim olunan alimdir.

XXİ əsrin yeni elmi - “Alternativ psixolgiya” elminin metodikası əsasaında hazırlanmış testlər və produksiyalar da tibb sahəsində insanların tibbi-psixoloji sağlamlığının qorunmasına xidmət edir. “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji” testləri (“tibbi-pedaqoji-psixoloji testlərin müəlliflik şəhadətnaməsi N001 2012 – ci ilin mart ayında Ukraynada alınmışdır) gənc nəslin yaradıcılıq qabiliyyətinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Eyni zamanda onların sağlamlığının bərpasında – rəng duyumunun və görmə yaddaşının möhkəmləndirilməsində mühüm rol oynayır. Neqativ enerjini orqanizmdən yaradıcılıq prosesinə başlamamamışdan qabaq elə enerji formasında çıxarılması imkanını yaradır. Metodun müasir təbabətin perspektiv istiqamətlərinə- inteqrasiya təbabəti, vibrasion – rezonans terapiyasına, informasiya təbabəti, çoxölçülü təbabət, artterapiya və sair sahələrinə aidiyyətiı vardır. Psixoqramma və faza portretlərinin insan sağlamlığına təsiri orqanizmin və orqanların energetikasının vəziyyəti, yaradıcı potensialın səviyyəsi (sosial – psixoloji testlər) də daxil edilməklə funksional diaqnostika metodlarının tətbiqi ilə əldə olunmuş yeni metodikanın təbabətdə, xüsusilə sağlamlaşdırıcı reablitasiya mərkəzlərinin praktiki fəaliyyətində tətbiq edilməsi tamamilə perspektiv hesab edilir. Müasir dövrdə “Alternativ psixologiya” elminin psixokorreksiya metodu həm nəzəri, həm də praktik yönümdə yerlərdə təcrübədən keçirilmiş və müəyyən edilmişdir ki, korreksiyanın bu forması uşaqların psixikasındakı neqativ keyfiyyətləri təmizləyir. Prosesin əsasında orqanizmdə mövcud olan neqativ enerjinin bədəndən çıxarılması əsas göstərici sayılır. Aparılan tədqiqatlar sübut edir ki, neqativ enerjinin təmizlənməsi uşaqların psixogigiyenik tələblərinin ödənməsinə kömək edir və psixoloji immuniteti gücləndirir. Belə uşaqlar hər hansı bir emosional gərginliyi və stress vəziyyətini çox asanlıqla dəf edir və sağlam düşüncə, eyni zamanda ünsiyyət tərzinə malik olurlar. Psixoloji immunitet güclü olduqca, insan psixoloji cəhətdən daha stabil olmaqla, yüksək səbr və təmkin nümayiş etdirir. Yeniyetməlik dövründə orqanizmdə artıqlıq edən enerjinin normallaşması məqsədilə məhz bu dövrdə psixokorreksiya və treninqlərin tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. 2020-ci ildə görkəmli Azərbaycan alimi Yaşar İbadov Beynəlxalq Sokrat Komitəsinin və Avropa Tibb Assosiasiyasının qeyd etdiyi kimi nüfuzlu icmalar arasında ən yüksək fərqlərə sahibdir - elm və təhsildə qazandığı uğurlara görə Oksford Akademik Birliyinin ”Fəxri professoru” adına və ən yaxşı səhiyyə xidmətinə verilən "Paracelsus Rose" beynəlxalq mükafatına layiq görülmüşdür. Bu fərqlər Akademik İbadovun həyatı və taleyindəki əsas prioritetləri (- şəfa tapma missiyası və elmi araşdırma həvəsi) aydınlaşdırır.

İbadov verə biləcəyi şəfanın bütün insanlığa məxsus olduğuna əmindir və əsərlərini, günlərini insanlara fəal xidmətə həsr edir. Dünyanın aparıcı ölkələrinin ABŞ, İngiltərə, Türkiyə, Avropa, Rusiya ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü olan Yaşar İbadovun tibbdəki yolu keçən əsrin 78-ci ilində başlamışdır. Həmin il 18 yaşlı Qaradağlı kəndinin sakini Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə təyinatla Əsgəran rayonunun Naxiçevanik kəndində, təyinat müddəti başa çatdıqdan sonra Bərdə rayonunda, 1995-ci ilə qədər isə Ağdam rayonunun Keştazlı və İsmayılbəyli kəndlərində baş həkim işləmişdir. Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq 1996-2001-ci illərdə Bakı şəhərində məskunlaşdıqdan sonra “Maarif” sanatoriyasının baş həkimi işləmişdir. Yaşar Saday oğlu həvəslə işləyir, xəstələrinin müalicəsi və profilaktikasında yenilikçi texnologiyalardan və psixoloji dəstək metodlarından istifadə edirdi. O zaman həqiqətən tibb, biologiya və psixologiya - psixodiaqnostika, psixofiziologiya, psixokorreksiya qovşağındakı elmi sahələrlə daha çox maraqlanırdı. 1999-cu ildə “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji”testləri dərcedildi.2002-ci ildə Yaşadan Əllər (Şəfalı Əllər), daha sonra “YAY OSİDO” İnnovasiya inkişaf mərkəzlərinin təsisçisi və rəhbəri olmuşdur. 2003-cü ildən Azərbaycan Respublikası Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasına rəhbərlik edir. Bu qurumlarda elmi araşdırmalarına və kəşflərinə davam edir, bunlar öz növbəsində "Bioloji sistemlərin funksional vəziyyətinin diaqnostikası və korreksiya üsulları" mövzusunda namizədlik dissertasiyası yazmaq üçün əsas rolunu oynadı. Rusiya Federasiyasının Akademiyalararası Ali Attestasiya Komissiyasının 14 dekabr 2004-cü il tarixli 018 saylı qərarı ilə Y.S. İbadova tibb və psixologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2005-ci ildə "Canlı sistemlərin metamorfoza səbəblərinin müəyyənləşdirilməsi və psixo-korreksiyası metodologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Rusiya Federasiyasının 25 Avqust 2005-ci il tarixli 011 saylı Akademiyalararası Ali Attestasiya Komissiyasının qərarı ilə Y.S. İbadova Tibbi Biologiya Doktoru elmi dərəcəsi verilmiş, "Ümumi psixologiya və inteqrativ tibb" ixtisası üzrə professor adına layiq görülmüşdür.Alternativ psixologiya üç elm - psixiatriya, differensial psixologiya və tibbi psixologiya qovşağında akademik Yaşar İbadov tərəfindən 1990-1998-ci illərdə yaradıldı. "Alternativ Psixologiya" adlı yeni bir elmi yanaşmanın müəllif hüququ Rusiya Müəlliflər Cəmiyyəti tərəfindən 3 mart 2003-cü il tarixli 6274 saylı Reyestrdə qeydə alınmışdır. Professor İbadov bu metodun nəzəri postulatlarına və psixoloji məsləhət praktikasında tətbiqinin praktik aspektlərinə həsr olunmuş bir sıra monoqrafiya və elmi məqalələr dərc etdirmişdir. 5 kitab, 7 elmi monoqrafiya və 26 elmi məqalənin, 12 sayda müəlliflik şəhadətnaməsinin, patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müıllifidir. "Psixoqrafiya yeni bir şəxsiyyətin hərtərəfli inkişafı metodu kimi" monoqrafiyası elmi sahədə və geniş oxucu kütləsi arasında populyarlıq baxımından yüksək qiymətləndirilmişdir. Professor İbadov psixoqrafiya metodu ilə işləyir, həm də bu metodu psixoloqlara və müəllimlərə fəal şəkildə öyrədir. Dünyanın bir çox ölkələridə yüzlərlə tələbəsi və izləyicisi var. 2005-ci ildə professor Y.S.İbadovun rəhbərliyi altında dünyada ilk dəfə III minilliyin təbabəti sayılan informasiya müalicə üsulu ilə psixodiaqnostika və korreksiya işlərini aparmağı bacaran təbib-rəssamların hazırlanması məqsədilə Bakının Səbayıl və Nərimanov rayonlarında “Təbib-Rəssam” Məktəbi fəaliyyətə başlamışdır. Onun rəhbərliyi ilə Beynəlxalq Alternativ Psixologiya məktəbi fəaliyyət göstərir."Alternativ Psixologiya" elminin metodologiyasına əsaslanan müəllif informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar etmiş və çox sayda harmonizatorlar yaratmışdır. Rəhbərlik etdiyi Laboratoriya Beynəlxalq "Avropa keyfiyyəti" mükafatını qazanmıdır. Elmi ixtira və yeniliklərinə görə çoxlu sayda diplom və sertifikatlara sahib olmuşdur. "Chevalie", "Komandor" ordeni ilə yanaşı Belçikada keçirilən "Evrika" Beynəlxalq Sərgisinin qızıl medalına layiq görülmüşdür. İngiltərə, Gürcüstan, Rusiya, Türkiyə, ABŞ və Ukraynada dünyanın aparıcı ölkələrinin etibarlı və fəxri akademikidir. Professor İbadov Avropa Tibb Birliyinin (Belçika) həqiqi üzvü, beynəlxalq tibbi konqres və konfranslarının iştirakçısıdır.

Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır. O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açmışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusu, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir. Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xəttinin və elmi nailiyyətlərinin əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrinə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür. Avropa tibb assosiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və ona aid məqaləyə “Elm Cəngavəri” adı verilmişdir.

Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Akademik Yaşar İbadov İnsanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu "Alternativ psixologiya" elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və s.) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir! Xoşbəxtliyini İnsanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər insanlıqdır! Öz elmi və xidmətləri ilə Dünyada Vətənimizi təmsil edən akademik Yaşar Saday oğlu İbadovun uğurları qururvericidir!

Zülfiyyə Vəliyeva
Respublika Jurnalistlər Birliyinin üzvü

 





23.07.2021    çap et  çap et