525.Az

Son sutkada 45 734 nəfər peyvənd olunub


 

Son sutkada 45 734 nəfər peyvənd olunub<b style="color:red"></b>

Bu gün Azərbaycanda koronavirus əleyhinə 45 734 vaksin vurulub.

525.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 13 720, ikinci mərhələ üzrə 32 014 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 616 230, ikinci mərhələ üzrə isə 1 845 471 nəfər təşkil edir.

 





23.07.2021    çap et  çap et