525.Az

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq


 

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq<b style="color:red"></b>

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu 1993-cü ildə Beyləqan rayonun Qəhrəmanlı qəsəbəsində anadan olub.

525.az Report-a istinadən, Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu. Şəhid F.Yaqublu Beyləqanda dəfn olunacaq.

Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

 





23.07.2021    çap et  çap et