525.Az

Kosmosa şorba və çörək göndərildi - Foto


 

Kosmosa şorba və çörək göndərildi - <b style="color:red"> Foto </b>

Ukraynadakı bir supermarket şəbəkəsi maraqlı reklam təcrübəsi həyata keçirərək öz adı ilə kosmosa şorba və çörək göndərib.

525.az xəbər verir ki, supermarket şəbəkəsi öz markasına və Ukrayna mədəniyyətinə diqqət çəkmək üçün belə bir reklam kampaniyası başladıb. Silpo supermarket şəbəkəsi möhürlənmiş bir qutuda kosmosa şorba və çörək göndərib. Şorba və çörək yerdən 30 min metr yuxarı qalxaraq stratosfer qatına çatıb. Reklam isə sosial mediada gündəm olub.

 Ölkənin məşhur borş şorbası və çörəyinin bağlı qutuda kosmosa göndərildiyi anların görüntüləri sosial mediada böyük marağa səbəb olub.

 
Firuzə Əliyeva

 





23.07.2021    çap et  çap et