525.Az

"Həyata keçməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri" Londonda


 

"Həyata keçməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri" Londonda <b style="color:red"></b>

Londonun "Oxo Tower Wharf" məkanının qalereyasında "VII Photo" təşkilatı Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə məşhur sosial siyasi fotojurnalist Ed Kaşinin ölkəmizin qaçqın məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkillərindən ibarət "Həyata keçməyən arzular: Azərbaycanın qaçqınları məcburi köçkünləri" adlı sərgi açılıb.

Sərginin açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin Britaniyanın hökumət, dövlət ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər. Böyük Britaniyadakı səfirliyimizdən verilən məlumata görə, AAC-ın sədri Taleh Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Onların çətin acınacaqlı həyat tərzi haqqında məlumat verən AAC-ın sədri, yurd-yuvalarından didərgin düşən bu insanlar haqqında dünya ictimaiyyətini məlumatalndırmağın vacibliyini diqqətə çatdırıb. T.Heydərov qaçqınların məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb. AAC sədri bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün dövlət tərəfindən humanitar proqramlar da həyata keçirilir.

Sonda T.Heydərov fotojurnalist Ed Kaşiyə təşəkkürünü bildirmiş, tezliklə torpaqlarımızın işğaldan azad olacağına doğma torpağımız Qarabağda yeni şəkillərin çəkiləcəyinə ümidvar olduğunu vurğulayıb. Fotojurnalist Ed Kaşi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşüb, şəkilləri çəkərkən qaçqın məcburi köçkünlərin acınacaqlı həyat tərzi barədə əldə etdiyi məlumatlardan danışıb. Qaçqın məcburi köçkünlər arasında xüsusilə gənc nəslin öz doğma yurd-yuvalarına qayıtmaq arzusunu dilə gətirib. Bütün qaçqın məcburi köçkünlərimizin gələcəyə ümidlə baxdığı xüsusi vurğulanıb.

Sərgidə təqribən 875 min azərbaycanlı məcburi köçkünün əzab-əziyyətlərindən bəhs edən sənədli fotoşəkillər nümayiş etdirilir. Bu təsiredici şəkillər 20 ildən artıqdır ki, qaçqın məcburi köçkün kimi yaşayan insanların həyat xronikalarıdır.

Sərgi aprel ayının 13-dək davam edəcək.

S.ABDULLAYEVA

 





12.04.2014    çap et  çap et