525.Az

“TikTok” informasiya təxribatı üçün münbit zəmindir


 

“Təsir altına düşən gənclərimizin əksəriyyəti "TikTok"da alaçıq qurub”

“TikTok” informasiya təxribatı üçün münbit zəmindir<b style="color:red"></b>

Dünən Kəlbəcər rayonu ərazisində  yaranan gərgin vəziyyətlə bağlı sosial şəbəkələrdə kifayət qədər çox dezinformasiya yayıldı. Bununla bağlı Bəhruz Həsənov öz Feysbuk hesabında məsələyə münasibət bildirib.

525.az həmin paylaşımı təqdim edir:

“Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərgin olduğu haqda açıqlama yayıb. Yəqin birazdan yeni məlumatlar da olacaq. Allah ordumuzu, əsgərlərimizi mühafizə etsin! Sosial media isə yenə dezinformasiya meydanına çevrilib. Təəcüblü deyil, alışmışıq.

Diqqətimi çəkən əsas nüans isə başqadır.

Deməli, cəmiyyətimizin aydın, ziyalı insanları əsasən "Facebook"a cəmləşib. Bu platformada yayılan hər hansı zərərli və "fake" xəbər qısa müddətdə deşifrə edilir.  Soyuqqanlı kəsim dezinformasiyaların yayılmasının qarşısını nisbətən də olsa alır.

"Twitter" isə əksər potsovet ölkələrində olduğu kim Azərbaycanda da populyar deyil. Amma bu şəbəkənin  Azərbaycan seqmentində də aydın fikir hakimdir.
Ən təhlükəli vəziyyət "TikTok"dadır. Məmləkətin qeyri-müstəqil düşüncə sahiblərinin, savadsız, nadan, təsir altına düşmək üçün himə bənd olan gənclərimizin əksəriyyəti "TikTok"da alaçıq qurub.

Bu "planet"də hər növ dezinformasiya at oynadır, müharibə ilə bağlı videolar paylaşılır, radikal dini çağırışlar edilir, səfərbərlik  çağrışı haqqında səsyazıları yayımlanır, düşmənlə üz-üzə səngərlərimizin içindən videolar təqdim edilir (bunu da əsgərlərimiz özləri çəkib ötürürlər. Bu da ayrı təhlükədir...)
Məncə,  aydın və ziyalı kəsim, dövlət qurumları "TikTok" da mövcud olmalıdır.

Biz uzaq durduqca düşmən orda kütləni idarə və manipulyasiya edir,  informasiya təxribatı üçün münbit zəmin əldə edir və heç bir müqavimətlə qarşılaşmır...

Bu kimi resursları bağalaya, qadağan edə bilmirik, o zaman üstünlüyü ələ almalıyıq. Eynən "Facebook" kimi...”

 





24.07.2021    çap et  çap et