525.Az

Vüsal Babayev haqqında materiallar Hərbi Prokurorluğa göndərilib


 

 Vüsal Babayev haqqında materiallar Hərbi Prokurorluğa göndərilib<b style="color:red"></b>

Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

SHXÇDX-dan 525.az-a bildirilib ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

"Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 





24.07.2021    çap et  çap et