525.Az

Azərbaycan atıcısı Tokio-2020-də mübarizəni dayandırıb


 

Azərbaycan atıcısı Tokio-2020-də mübarizəni dayandırıb<b style="color:red"></b>

Tokioda 2020-ci il Yay Olimpiya Oyunları çərçivəsində 10 metr məsafədən pnevmatik tapançadan atıcılı yarışlarının təsnifat mərhələsi başa çatıb.

525.az-ın məlumatına görə, Azərbaycan atıcısı Ruslan Lunyov bu mərhələdə 20-ci yer tutaraq dörddəbir final mərhələsinə çıxa bilməyib.

O, altı cəhd ərzində 574 xal toplaya bilib.

R.Lunyov avqustun 1-də 25 metr məsafədən atəşaçma yarışlarında iştirak edəcək.

 





24.07.2021    çap et  çap et